Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
  • USD1.7000
  • EUR1.8666
  • 100 RUB2.0737
  • GBP2.2283
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2548
  • GEL0.6564
  • 100 KZT0.3777
  • UAH0.0378
  • 100 JPY1.0682
  • CHF2.0186
Gündəm

Baş nazirdən mühüm QƏRAR

Baş nazirdən mühüm QƏRAR
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” yaradılıb. Busaat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” 2020-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanının 4-cü və 5-ci hissələrinin icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Qərarla “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin Nizamnaməsi”, habelə Mərkəzin Strukturu təsdiqlənib. Koordinasiya Mərkəzi işçilərinin say həddi 30 ştat vahidi müəyyən olunub. Mərkəzin nizamnamə fondu 300 000 (üç yüz min) manat təşkil edir və Koordinasiya Mərkəzinin əsas vəsaiti hesabına formalaşır. Qərara əsanə Koordinasiya Mərkəzi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanununun 9.3-cü maddəsinə əsasən orqan donorluğu və transplantasiya fəaliyyətini həyata keçirə bilməz. Səhiyyə Nazirliyi Koordinasiya Mərkəzinin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməlidir. Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun oluna bilər.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=38371