Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.80 $▼0.72%
  • WTI neft84.11 $▼0.74%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.179 $▲0.54%
  • Qızıl3 772 $▼0.39%
  • Gümüş45.85 $▲0.08%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda602.75 ¢▼0.41%
  • Bitcoin64 532 $▼0.53%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017

Baş Prokurorluq Gəncənin atəşə tutulması ilə bağlı məlumat yaydı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Busaat.az  xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

“Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində növbəti dəfə cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən Cavadxan qəsəbəsini raket atəşinə tutması nəticəsində şəhər sakinləri arasında xəsarət alanlar olmuş və mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəymişdir.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir”, – deyə məlumatda qeyd edilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=21491