“Baş verən qəzaların çoxu təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən baş verir”

image-obbbackend
“İnsanların çox cəmləşdiyi məkanlarda, ictimai-iaşə yerlərində və strateji obyektlərdə təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək lazımdır ki, qəzalar və bədbəxt hadisələrin baş verməsinin qarşısı alınsın, insanları sağlamlıqlarına hər hansı zərər dəyməsin”.
Bu sözləri Busaat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.
“İş yerlərində təhlükəsiz əmək şəraiti yaradılmalıdır. İşçilərin və kənar şəxslərin həyatı üçün təhlükə riskləri olmamalıdır. İdarə və müəssisələrdə, sahibkarlıq subyektlərində təhlükəsizlik qaydalarına yanaşmada olan biganəliyi aradan qaldırmaq lazımdır. Buna həm işə götürənlər, iş icraçıları və sahibkarlar, həm də insanlar ciddi yanaşmalarıdır. Çünki baş verən qəzaların, bədbəxt hadisələrin çoxu təhlükəsizlik qaydalarının pozulması, təhlükəsizlik tədbirlərinin görülməməsi və nəzarət mexanizminin olmaması səbəbindən baş verir”-deyə, ekspert vurğulayıb.
image-elmar
Elmar Nurəliyev-Təhlükəsizlik məsələləri üzrə ekspert
Əlavə edib ki, insanlar üçün həyatı əhəmiyyətli obyektlərin mühafizəsi zamanı texniki təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi qaydalarına, yanğın təhlükəsizliyi qaydalarına, elektron-informasiya təhlükəsizliyi və sanitar gigiyena qaydalarına ciddi riayət edilməlidir: “Nəzərə alsaq ki, səhlənkarlıq və məsuliyyətsizlik nəticəsində burada hər hansı standart və normaların pozulması çox pis nəticələrə gətirib çıxardar. Ümumiyyətlə hər kəsin fövqaladə vəziyyətdə necə etməli, necə davranmalı, hər hansı təhlükə ilə üzləşdikdə nə etməli, özünə və digər şəxslərə ilkin yardım necə etməsinə dair ilkin məlumatı olmalıdır. İnsanlarında öz həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hallara qarşı biganə yanaşmamaları, diqqətli olmalı, hər hansı təhlükə ilə üzləşdikdə panikaya düşməməli, səbr göstərməli və aidiyytaı üzrə müvafiq orqanlara məlumat verməlidir”.
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90