Prezident İlham Əliyevin siyasətinə “Müstəqil Jurnalist Araşdırmaları” İctimai Dəstək Qrupu olaraq ölkədə mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də sosial media vasitəsilə işıqlandırmaqla məşğuldur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dəfələrlə çıxışlarında bildirib ki, rüşvətxorluq və korrupsiya faktları ilə bağlı əhali tərəfindən ona siqnal verilsin. Heç bir vətəndaş vəzifəsindən asılı olmayaraq heç bir rüşvətxor məmurdan çəkinməsin. Eyni zamanda cənab Prezident İlham Əliyev onu da hər zaman vurğulayıb ki, qanunsuz əməllərə qarşı xalq tərəfindən də ictimai nəzarət güclü olmalıdır.
Buna görə də Azərbaycan Respublikası Prezidentinin rüşvətxorluğa qarşı bu kimi çağırışlarına səs verərək Prezident İlham Əliyevə”Müstəqil Jurnalist Araşdırmaları” İctimai dəstək qrupu olaraq şəxsi konfidensiallıq və bu və ya digər səbəblərdən hələlik adlarının açıqlanması istəməyən Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan bir neçə müəllim və valideynlərin şikayətini təqdim edirik.
Həmin şəxslər şikayətçi olduqları məmurların Azərbaycan qanunları çərçivəsində ən qısa zamanda cəzalandırılmasını istəyirlər. Buna görə həmin şəxslər Azərbaycan Respublikasının Baş Prokurorluğun və Gəncə Şəhər Prokurorluğuna media vasitəsilə açıq müraciət ünvanlayıblar.
Prezident İlham Əliyevə”Müstəqil Jurnalist Araşdırmaları” İctimai dəstək qrupu Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımovun, vəzifəsi bilinməyən Muraz Məmmədovun özbaşınalıqları və qanunazidd fəaliyyətləri haqda məlumatı təqdim edir.
Azərbaycan Respublikasının Baş Prokuroru, Gəncə Şəhər Prokuroru və Goranboy rayon prokuroruna Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan bir qrup müəllim tərəfindən media vasitəsilə AÇIQ MÜRACİƏT
Əvvəlcə onu qeyd edək ki, Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan bütün strukturlar, o cümlədən musiqi məktəbləri Muraz Məmmədovun nəzarətinə verilməkdədir.
2023 və 2024 – cü tədris ilinin əvvəlində Muraz Məmmədovun köməyi ilə qırx min ” 40 min ” manat rüşvət müqabilində Mədinə Babayeva adlı şəxs Gəncə Şəhəri 5 saylı Uşaq Musiqi Məktəbinə Direktor əvəzi vəzifəsinə təyin edilibdir. Həmin şəxs məktəb direktoru təyin edilən vaxtdan etibarən hər ay dövlət büdcəsinə təxminən 25 min manat məbləğində maddi ziyan vurmaqdadır.
Bundan başqa Muraz Məmmədovun köməyi ilə Şahmar İbrahimov adlı şəxs 30 min manat məbləğində pul müqabilndə Samux rayonu Sərkar kənd Uşaq Musiqi Məktəbinə Direktor əvəzi vəzifəsinə təyinat alıb. O bu vəzifəyə təyin edilən gündən etibarən həmin məktəbin direktor müavini Həsənova Rühanə Sabit qızının vasitəsilə hər ay dövlət büdcəsinə təqribən 20 – 25 min manat civarında maddi zərər vurmaqdadır.
Muraz Məmmədovun iqtisadi cinayətləri bununla yekunlaşmır. Muraz Məmmədovun dəstəyi ilə Qahirə Məmmədova 70 min manat məbləğində pul müqabilndə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinə Direktor təyin edilib.
Həmin aydan etibarən Gəncə şəhər 2 saylı musiqi məktəbi və Gəncə şəhər Uşaq İncəsənət Məktəbi də Muraz Məmmədovun nəzarətinə keçib.
Hər iki məktəbdən Qahirə Məmmədova hər ay dövlət büdcəsinə təqribən 60 min manat məbləğində ziyan vurmağa davam edir. Həmçinin Muraz Məmmədovun köməyi ilə Gəncə şəhər 3 saylı Uşaq Musiqi Məktəbinə Direktor əvəzi təyin edilən Məsumə adlı şəxsə də Muraz Məmmədov tərəfindən göstəriş verilib ki, hər ay müəllimlərdən müəyyən məbləğdə yığılan pullar Muraz Məmmədova çatdırılsın.
Muraz Məmmədovun köməyi ilə Nərgiz Həsənzadə adlı şəxs Göygöl Rayon Xəqani kənd Uşaq Musiqi Məktəbinə Direktor təyin edilib. Vəzifəsinə təyin edilən gündən 17 müəllimə haqsız şəkildə izahat yazdırıb. Bu kimi hallar Gəncə şəhərinin Musiqi məktəblərində də mövcuddur.
Bəzi müəllimlərin qeyri- rəsmi şəraitdə işləmələri hesabına direktorlar tərəfindən pullar mənimsənilir. Belə ki, yüksək dərs saatları olan müəllimlər hər ay aldıqları maaşın bir hissəsini direktora verməli olurlar. Həmçinin Gəncə şəhər Uşaq Musiqi məktəblərinin direktorları valideynlərdən uşaqların məktəbə qəbulu üçün 100 – 200 manat civarında pul tələb edirlər. Bir attestatın verilməsi üçün isə valideynlərdən 500 manat məbləğində pul tələb olunur.
Bir sözlə müəllimlərin haqqı Gəncə şəhər Musiqi Məktəblərinin direktorları tərəfindən mənimsənilir.
Məlumat üçün bildirək ki, Muraz Məmmədovun köməyi ilə İsax Məmmədov Goranboy rayon Mədəniyyət şöbəsinə baş məsləhətçi təyin edilib. İsax Məmmədov bu vəzifəyə təyinat aldığı vaxtdan etibarən Goranboy rayonunda yerləşən bütün kitabxanalardan, muzeylərdən, rəsm qalereyasından, klublardan, Heydər Əliyev Mərkəzindən hətta xadimələrdən də məcburi şəkildə hər ay 20 – 25 manat məbləğində pul alınır.
Muraz Məmmədovun cinayətləri bitmək bilmir. Belə ki, yenə də Muraz Məmmədovun dəstəyi ilə Goranboy rayonu Borsunlu Kənd Uşaq Musiqi Məktəbinə 10 min manat civarında rüşvət müqabilində həmin məktəbin müəllimi Direktor əvəzi təyin edilib. Burada da Direktor vəzifəyə təyin edilən vaxtdan etibarən hər ay müəllimlərdən müəyyən məbləğdə yığılan pullar İsax Məmmədova çatdırılır. Beləliklə Günay Allahverdiyeva hər ay 20 min manat dövlət büdcəsinə ziyan vurmaqdadır. Günay Allahverdiyevanın qızı Lətafət Allahverdiyeva həmin məktəbdə 20 saat dərs yükü ilə təmin olunub. Lətafət Allahverdiyeva Gəncə Dövlət Universitetinin Musiqi Kafedrasında əyani şöbədə təhsil alır. Bu kimi qanun pozuntuları bu ərazidə kifayət qədərdir. Muraz Məmmədovun özbaşınalıqları nəticəsində müəllimlərin ehtiyat kadr bazasında olan bəzi müəllimlər 7 – 10 min manat civarında rüşvət müqabilində musiqi məktəblərində müəllim kimi işə düzəlirlər.
May ayında bütün musiqi məktəblərinin direktorlarının əmək müqaviləsinin vaxtı bitir. Güman ki, Muraz Məmmədov onunla hesablaşmayan direktorların müqavilələrinə xitam verəcəkdir.
Çox təəssüf ki, vəzifəsi səlahiyyətlərini aşaraq korrupsiya ilə məşğul olan Muraz Məmmədov Azərbaycan Respublikası Prezidentinin parlaq siyasətinə və Mədəniyyət Nazirliyinin fəaliyyətinə ləkə vurmağa davam edir.
Bütün sadalanan məlumatlar hər biri reallıqdır. Əgər hüquq-mühafizə orqanları və müvafiq dövlət qurumları tərəfindən Muraz Məmmədovun korrupsiya əməlləri ilə bağlı yoxlama aparılarsa müəllim kontingenti və valideynlər bu faktları təsdiqləməyə hazırdırlar. Maraqlıdır ki, bütün bu baş verən qanunazidd hərəkətlərdən Gəncə- Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisinin xəbəri yoxmuş kimi görünür. Gəncə – Daşkəsən Regional Mədəniyyət İdarəsinin adına ləkə vuran Muraz Məmmədovun icazəsi olmadan regionda struktur rəhbərlərinin əmrlərinin icrası heç bir halda həyata keçmir. Bəs görəsən dövlətə xəyanət edən 26 yaşlı gənc Muraz Məmmədov bu qədər ” gücü” və ” səlahiyyəti” haradan və kimdən alır?
Mövzunu xüsusi olaraq diqqətdə saxlayacağıq…
Media qanunlarına əsasən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Vətəndaş şikayətləri əsasında
PREZİDENT İLHAM ƏLİYEVƏ “MÜSTƏQİL JURNALİST ARAŞDIRMALARI” İCTİMAİ DƏSTƏK QRUPU…
Regionxeber.com