Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 784 $▲0.57%
  • Ethereum2 364 $▲1.09%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Siyasət

Bayden-Ərdoğan görüşü: Vaşinqton bu məsələdə Ankaradan kömək istəyəcək - ŞƏRH

image-baydenerdogan41521

“Ankara NATO-nun Mərkəzi Asiyada qeyri-rəsmi xüsusi nümayəndəsi statusuna yiyələnmək niyyətindədir”.

Busaat.az xəbər verir ki, bu fikirlərlə politoloq Elçin Mirzəbəyli çıxış edib.

Bu gün Brüsseldə ABŞ prezidenti Co Baydenlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında baş tutacaq görüşdə müzakirə ediləcək məsələlərin mümkün nəticələrini şərh edən politoloq Vaşinqtonun Ankaradan kömək istəyəcəyini açıqlayıb:

“Ərdoğan-Bayden görüşündə müzakirə olunacaq məsələlərdən biri NATO qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsidir. Bu məsələdə Vaşinqton çox güman ki, Ankaranın dəstəyini istəyəcək. Təxminən bir həftə öncə “The National News” Türkiyənin Kabul hava limanının təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürdüyü barədə məlumat yayıb. Məlumatda bildirilir ki, Ankara NATO-nun Mərkəzi Asiyada qeyri-rəsmi xüsusi nümayəndəsi statusuna yiyələnmək niyyətindədir. “The National News”, eyni zamanda iddia edir ki, Əfqanıstandakı türk hərbçilərinə heç vaxt atəş açmayıblar və bu, Türkiyənin Əfqanıstandakı bütün qruplar tərəfindən qəbul edildiyindən xəbər verir. Bununla yanaşı, Əfqanıstan təhlükəsizlik qüvvələrinin 17,5 min hərbçisinin türklər tərəfindən yetişdirildiyi, onlardan 3,5 min nəfərinin Türkiyədə təlim keçdiyi vurğulanır ki, bu da Ankaranın daha bir üstünlüyü kimi qəbul oluna bilər. Məhz bu baxımdan, rəsmi Ankara üçün əlverişli razılaşmalar əsasında Əfqanıstandakı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin Türkiyə hərbçilərinə həvalə olunacağı gözləniləndir”, -deyə Elçin Mirzəbəyli bildirib.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul