“Bayden “Putin artıq Ukraynanı itirib” sözlərinin təsdiq tapmasını istəyirsə yardımları artırmalıdır”.
Bunu ABŞ prezidenti Baydenin Putinin Ukraynada məğlub olması ilə bağlı fikirlərinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, Putin müharibəni hələ də davam etdirir:
“Əgər Bayden söylədiklərinin təsdiqini görmək istəyirsə yardımları artırmalıdır. Daha səmərəli və operativ şəkildə hərbi yardım göndərməlidir. Hələlik “çay qaşığı” ilə Ukraynaya göndərilən yardımlar töhfəsini verməyəcək. Bu qədər az yardımla “Putin Ukraynada uduzub” fikri təsdiq oluna bilməz. Rusiyanın imkanları Ukraynadan qat-qat çoxdur. Əhalisi, hərbi texnikaları, əsgərləri və digər baxımdan güclü Rusiyanı məğlub etmək üçün Qərb və ABŞ Ukraynaya hərbi yardım paketlərinin miqdarını artırmalıdır”.
Ələsgər / Busaat.az