“Bayden Zelenski ilə görüşəcək” – Ağ ev

image-ag-evbackend

Ağ Ev Co Bayden ilə  Volodimir Zelenskinin iyunun 13-də İtaliyada keçirilən G7 sammitində görüşəcəyini rəsmi olaraq elan edib.

Busaat.az “Ukrinform”-a istinadən xəbər verir ki, Bunu Ağ Evin müşaviri Con Kirbi onlayn brifinq zamanı deyib.

Con Kirbi bildirib ki, görüşdən sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər:

“Cümə axşamı prezident Bayden və prezident Zelenski həm indi, həm də gələcəkdə Ukraynaya dəstəyimizi müzakirə etmək üçün görüşəcəklər. Görüşdən sonra hər iki lider mətbuat konfransında iştirak edəcəklər”.

Onun sözlərinə görə, Amerika G7 sammitində Ukraynanı dəstəklədiyini açıq-aşkar göstərəcək:

“Biz Putinə zamanın onun tərəfində olmadığını və azadlıq mübarizəsində Ukraynanı dəstəklədiyimizi göstərmək üçün cəsarətli addımlar atacağıq. Rusiyanın hücumu təkcə Ukraynada demokratiyanı təhdid etmir, həm də bütün Avropanın təhlükəsizliyinə təsir göstərir.”

Kirbi həmçinin vurğulayıb ki, sammitdə Rusiyanın dondurulmuş suveren aktivləri məsələsi ilə bağlı yeni addımlar düşünüləcək. Onların Putinin təcavüzündən çıxması üçün Ukraynanın xeyrinə istiqamətləndiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki