Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 683 $▲0.19%
  • Ethereum2 231 $▲0.35%
  • S&P 5007 377▲0.27%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Koronavirusdan sağalan Bəhram Bağırzadə evə buraxılıb (FOTO)

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Koronavirusdan sağalan əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.

Busaat.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında əməkdar artist özü bildirib. İyunun 13-dən Mərkəzi Gömrük Hospitalında müalicə olunan əməkdar artist Bəhram Bağırzadə bildirib ki, bu gün koronavirusdan dünyada 260 mindən çox insan dünyasını dəyişməsinə baxmayaraq, mən sağalanlardan oldum, Allahın mənə rəhmi gəldi. Buna görə Mərkəzi Gömrük Hospitalının Diaqnostika Mərkəzinin bütün heyətinə öz minnətdarlığımı bildirirəm. Azərbaycan həkimləri bu günümüzün qəhrəmanlarıdırlar və yüksək ada layiqdirlər.

B.Bağırzadə əlavə edib ki, onun sağalmasında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük rolu olub:

“Mehriban xanımın nəzarəti, diqqəti və köməyi olmasaydı, mən bu gün sizinlə təmasda olamayacaqdım. Ona görə, Birinci vitse-prezident Mehriban Əliyevaya da öz minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, əməkdar artistin koronavirus test nəticəsi neqativ çıxdıqdan sonra tənəffüsün təbii yolla olması təmin edilmişdir.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=13673