Bazar ertəsi hüquqi məlumatların internet portalında yerləşdirilən milli təhlükəsizlik konsepsiyası layihəsinə əsasən Belarus Rusiya ilə strateji müttəfiqlik münasibətlərinin konstruktiv potensialını reallaşdırmağı planlaşdırır.
Milli təhlükəsizliyə xarici təhdidlərdən müdafiə tədbirləri arasında sənəddə Rusiya və Belarusiya İttifaqı dövlətinin qorunub saxlanılması və möhkəmləndirilməsi, Rusiya ilə strateji müttəfiqlik əlaqələrinin mövcud konstruktiv potensialının həyata keçirilməsi qeyd olunur.
Sənədə əsasən, Belarus öz döyüş qabiliyyətini, silahlı müdafiəyə hazırlığını kifayət qədər yaxşı səviyyədə saxlamaqla öz hərbi təhlükəsizliyini təmin edəcək. Əsas səylər İttifaq dövləti daxilində hərbi təhlükəsizliyin təmin edilməsi üzrə əlaqələndirilmiş tədbirlər vasitəsilə kollektiv təhlükəsizlik sisteminin gücləndirilməsinə, Rusiya və Belarusiya regional qüvvələr qrupunun inkişafına, KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) hərbi idarəetmə orqanlarının, vasitələrinin və qüvvələrinin səmərəliliyinin artırılmasına yönəldiləcək.
Busaat.az