Belarusa nüvə silahı daşınması Qərbin Ukraynaya artan köməyinə cavabdır – KİV

image-putinbackend

Rusiyanın öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək qərarı Qərbin Ukraynaya hərbi yardımını artırmasına cavabdır.

Busaat.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı və aparıcı yapon qəzetləri məlumat yayıb.

NHK qeyd edib ki, məqsəd Ukraynaya hərbi dəstəyi artıran Qərb ölkələrinin qarşısını almaqdır. Yaponiyanın ən böyük “Yomiuri” qəzeti də öz növbəsində Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi qərarının ABŞ və Avropadan Ukraynaya yeni silah tədarükünün qarşısını almaq məqsədi daşıdığı qənaətindədir. Qəzet hesab edir ki, Moskva vaxtilə Kiyevin müasir xarici silahlardan, o cümlədən Qərb tanklarından istifadə etməklə mümkün əks-hücumuna hazırdır.

Ölkənin aparıcı biznes qəzeti Nikkei də hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin qərarı birbaşa təzyiq göstərmək və Qərbin Ukraynaya silah tədarükünü məhdudlaşdırmaq istəyi ilə bağlıdır. Asahi qəzeti də bu fikri təsdiqləyib.

Yaponiya rəsmiləri hələlik qərarla bağlı şərh verməyiblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Belarus tərəfinin tələbi ilə ABŞ-nin öz müttəfiqlərinin ərazisində çoxdan etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Putin bildirib ki, Rusiya artıq Belarusa nüvə silahı daşıyıcısı olan “İsgəndər” sistemini verib və iyulun 1-də respublika ərazisində taktiki nüvə silahları üçün anbarın tikintisini başa çatdırmalıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90