Məzmuna keç
  • Brent neft110.36 $▲0.77%
  • WTI neft101.40 $▲0.44%
  • Avropa qazı (TTF)96.09 €▲2.38%
  • Təbii qaz (ABŞ)3.044 $▲1.98%
  • Qızıl4 028 $▲0.15%
  • Gümüş53.98 $▼0.34%
  • Pambıq79.19 ¢▼1.33%
  • Buğda615.50 ¢▼1.20%
  • Bitcoin79 794 $▼0.31%
  • Ethereum2 313 $▼0.62%
  • S&P 5007 677▲0.71%
16°Bakı
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
  • USD1.7006▲0.0002
  • EUR1.9041▼0.0020
  • 100 RUB2.1048▲0.0078
  • GBP2.2738▼0.0016
  • TRY0.0342
  • AED0.4631▲0.0001
  • CNY0.2547▲0.0005
  • GEL0.6547
  • 100 KZT0.3769▼0.0006
  • UAH0.0376
  • 100 JPY1.0844▲0.0017
  • CHF2.0626▼0.0038
Gündəm

"Belarusdakı nüvə silahı deyil, Belarus qapısındakı NATO Avropa üçün təhlükədir" - XİN

image-1679950966142
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiyanın nüvə silahlarını öz ərazisində saxlayan Belarus deyil, NATO qüvvələrinin Belarus sərhədləri yaxınlığında yerləşdirilməsi Avropanın təhlükəsizliyinə əsl təhdiddir.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyi açıqlamasında bildirib.

“NATO-nun yeni qoşunlarının Belarus sərhədi yaxınlığında yerləşdirilməsi və Alyansın Şimali Avropada daha da genişlənməsi məsuliyyətsiz eskalasiya səbəb olan və Avropanın təhlükəsizliyini təhdid edən əsas amillərdir”, – nazirliyin “Twitter” səhifəsində yerləşdirilən bəyanatda deyilir.

Belə ki, Belarus Xarici İşlər Nazirliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josef Borrelin Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsinin “məsuliyyətsiz eskalasiya və Avropanın təhlükəsizliyinə təhdid” olduğunu iddia edən bəyanatını şərh edib. Borrell Minski bu qərarı ləğv etməyə çağırıb, əks halda Aİ-nin yeni sanksiyalarla cavab verməyə hazır olduğunu bildirib.

“Xüsusi döyüş sursatları olan təyyarələri idarə edə bilən Belarus pilotlarının hazırlanması və Belarus ərazisində nüvə silahının yerləşdirilməsi heç bir şəkildə beynəlxalq hüquqa, xüsusən də Nüvə Silahının Yayılmaması Müqaviləsi müddəalarına zidd deyil”, – Belarus Xarici İşlər Nazirliyi daha əvvəl qeyd edib.

Belaruslu rəsmilərə görə, bu təcrübə nüvə və qeyri-nüvə dövləti arasında hərbi əməkdaşlıq sahəsində yeni deyil, NATO-nun uzun müddətdir ki, “nüvə paylanması” praktikasından istifadə etdiyini təkrarlayır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 25-də bəyan edib ki, Minskin tələbi ilə Moskva ABŞ-nin bir müddətdir müttəfiqlərinin ərazilərində etdiyi kimi, öz taktiki nüvə silahlarını Belarusda yerləşdirəcək. Rusiya artıq nüvə gücünə malik “İsgəndər” raket sistemini Belarusa verib. İyulun 1-dək taktiki nüvə silahları üçün anbar tikilməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105318