Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.01 $▼6.44%
  • WTI neft86.14 $▼5.66%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.202 $▲5.92%
  • Qızıl4 123 $▼0.26%
  • Gümüş52.99 $▼0.24%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda589.75 ¢▼0.30%
  • Bitcoin74 823 $▼0.58%
  • Ethereum2 122 $▼0.48%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Bələdçilərin ingiliscə danışması ilə bağlı məsələyə - AZAL-dan cavab

image-403
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“AZAL, J2109-la Praqaya uçuram. Elanlar yalnız ingilis dilində, bələdçilər ingilisdilli…”

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı paylaşım edib.

Uçuş zamanı heyətin ingilis dilində danışmağı M.Qəhrəmanlıda suallar yaradıb: “Bu halda uçduğum təyyarə hansı ölkəyə mənsubdur? Niyə mənim ölkəmə məxsus olan hava yollarında bütün heyət ingilisdillidir?”

AZAL hüquq müdafiəçisinin suallarına elə paylaşımın rəy bölümündə cavab verib: “Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişindaşımaya artan tələbatı ödəmək üçün üç “Airbus A320” təyyarəsinin qısamüddətli lizinqinə dair müqavilə imzalayıb.

Dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.

Xarici uçuş heyəti ilə yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün əksər hallarda icarəyə götürülən təyyarələrdə əcnəbi heyətlə yanaşı, AZAL-ın öz təyyarə bələdçiləri də mövcuddur”.

Qurumun məlumatında vurğulanıb ki, marşrut şəbəkəsini və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL sərnişinlərin artan tələbatını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=143980