Bəşər tarixində ilk: NASA süni şəkildə asteroidin yerini dəyişib

image-nasabackend

Bəşər tarixində asteroidin yerinin dəyişdirilməsi üçün həyata keçirilən ilk cəhd uğurla başa çatıb.

Busaat.az xəbər verir ki, bu barədə NASA-nın tədqiqat qrupu son iki həftə ərzində əldə edilən məlumatları təhlil edib.

Belə ki, NASA-ya aid kosmik gəminin Dimorf asteroidi ilə toqquşması səma cismini öz orbitindən müvəffəqiyyətlə yayındırıb. Bu, bəşəriyyət tarixində kosmik obyektin hərəkətinin qəsdən dəyişdirildiyi ilk hadisədir. Kosmik gəmi ilə vurulan zərbə Dimorfosun orbitini 32 dəqiqə dəyişərək orbiti 11 saat 55 dəqiqədən 11 saat 23 dəqiqəyə qədər qısaldıb.

Qeyd edək ki, sünii şəkildə planlaşdırılmış toqquşma 2022-ci il Sentyabrın 26-na keçən gecə baş verib. NASA toqquşmanın asteroidin kosmosdakı orbitini dəyişdirdiyini təsdiqləyib.

Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki