“Qarabağ”ın futbolçusu Kevin Medina Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda “Ayaks”a uduzduqları oyun (0:3) haqqında danışıb.
Busaat.az xəbər verir ki, 31 yaşlı müdafiəçi görüşdən sonra açıqlamasında komandasının 2 qırmızı vərəqə ilə cəzalandırılmağını düzgün hesab etmədiyini bildirib.
“Belə məğlubiyyətə layiq deyildik. Çünki həftəboyu matça yaxşı hazırlaşmışdıq. Bəzən elə olur ki, təkcə 11 nəfərə qarşı mübarizə aparmırsan. Hərdən hakimlər elə qərarlar verirlər ki, deməyə söz tapmırsan. Amma istənilən hada səhvlərimizə baxmalıyıq.
Düşünürəm ki, komanda olaraq əlimizdən gələni etdik. Bu hesabla məğlub olmağa layiq deyildik. Biz komplekt heyətə malikik. Meydana kimin çıxmağından asılı olmayaraq, hamı oynamağa layiqdir. Mən də vaxtilə bəzi oyunlarda qırmızı vərəqə almışam. Amma təbii ki, belə azlıqda qalmaq istər-istəməz həm oyuna, həm də nəticəyə təsir etdi”, – futbolçu vurğulayıb.