Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 575 $▲0.51%
  • Ethereum2 253 $▲0.52%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
İqtisadiyyat

Bezos “Amazon”un baş direktoru vəzifəsindən gedir

image-bezos
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Amazon” korporasiyasının sahibi Ceff Bezos şirkətin baş direktoru vəzifəsini 2021-ci ildə tərk edəcək və Direktorlar Şurasının sədri vəzifəsini tutacaq.

Busaat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti öz saytında bildirib.

“Təsisçi və icraçı direktor Ceff Bezos 2021-ci ilin üçüncü rübündə [Direktorlar Şurasının] sədri vəzifəsinə keçəcək, onun yerini Endi Cessi tutacaq”, – məlumatda deyilir.

Bezosun fikrincə, yaxşı maliyyə göstəriciləri və şirkətin dayanıqlı mövqeyi ona öz vəzifəsini dəyişməyə imkan verir. “Hazırda “Amazon”un yeniliklərinin ən yüksək səviyyədə olduğunu görürəm və bunun sayəsində belə bir dəyişiklik üçün doğru vaxt gəlib”, – mətbuat xidməti baş direktorun sözlərini sitat gətirir.

“Forbes” jurnalının məlumatına görə, Bezos hazırda dünyanın ən zəngin insanıdır. Şirkət səhmlərin 11%-nin sahibi olan Bezosun varidatı $196,2 milyard həcmində qiymətləndirilir. Bundan əlavə, Bezos “Blue Origin” adlı özəl aerokosmik şirkətin əsasını qoyub, ABŞ-ın “The Washington Post” qəzetinin sahibidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=33540