“Bir azdan taxıl daşınması ilə bağlı dünyaya müjdə verəcəyik” – Ərdoğan

image-8edd4c4c-91a2-4a28-aad8-d73d9f0d75afbackend

Bir azdan Dolmabağça ofisində Rusiya və Ukrayna heyətlərinin iştirakı ilə “Taxıl daşınması sazişi” imzalanacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bu imzalama mərasimi ilə İstanbuldan dünyaya bir müjdə veriləcək.

Ərdoğan həmçinin deyib ki, bu saziş taxıl dəhlizi ilə bağlı problemləri aradan qaldıracaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki