“Bir tərəfdə sinaqoqu, digər tərəfdə məscidi görə bilərsiz” – ABŞ səfiri Qubada + Video

image-sefirbackend

“Qubada Qırmızı Qəsəbəyə səfərim Azərbaycanda mövcud olan tolerantlıq ruhunu göstərir”.

Busaat.az  xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Quba rayonunda Qırmızı Qəsəbəyə səfəri zamanı deyib.

“Mən bu gün Qubanın Qırmızı Qəsəbəsində səfərdəyəm. Sağımda Qırmızı Qəsəbənin sinaqoqunu, çayın o biri tərəfində isə Quba şəhərindən məscidi görə bilərsiniz. Beləliklə, nəsillər boyu birlikdə sülh içində yaşaya bilən iki icma arasında dayanıram. Düşünürəm ki, bu gün buraya səfərim Azərbaycanda mövcud olan tolerantlıq ruhunu göstərir və Azərbaycanı xüsusi bir yerə çevirir”, – deyə səfir qeyd edib.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90