Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 705 $▲0.47%
  • Ethereum2 353 $▲0.64%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Dünya

Birləşmiş Millətlər Təşkilatından Əfqanıstana kritik SƏFƏR

image-bmt_tarixi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Martin Qriffitsin yaxın həftələrdə Əfqanıstana səfər edəcəyi bildirilir.

Busaat.az xəbər verir ki, BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsinin müavini Ramiz Ələkbərov mətbuat konfransında Talibanın Əfqanıstanda qadınların qeyri-hökumət təşkilatlarında (QHT) işləməsinə qadağa qoymasını dəyərləndirib.

Ələkbərov BMT baş katibinin müavini Qriffitsin yaxın həftələrdə Əfqanıstana səfər edəcəyini və mümkün olan ən yüksək səviyyəli rəsmilərlə görüşməyə çalışacağını açıqlayıb.

BMT üçün yeni proqramlar başlatmağın faktiki olaraq qeyri-mümkün olacağını qeyd edən Ələkbərov bildirib ki, qidalanma, sağlamlıq xidmətləri, su və ya gigiyena ilə bağlı xüsusi ehtiyaclarını qarşılamaq üçün qadınlarla qadınlar danışmalıdırlar.

Ələkbərov beynəlxalq ictimaiyyəti qadın hüquqlarına qoyulan qadağaları ləğv etmək üçün təzyiqdənsə, Talibanla dialoq yolu ilə əlaqə saxlamağa çağırıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul