“Biz xalqımızın istədiyi kimi bir Konstitusiya istəyirik” – Ərdoğan

image-722137a4-b7c4-4deb-8c9d-d484104395df_640backend

“Türkiyənin yeni bir Konstitusiyanı müzakirə etməsi həm öz tariximizin, həm də inkişaf edən və dəyişən dünya şərtlərinin qaçılmaz zərurətidir”.

Busaat.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin VII Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mövcud Konstitusiya terrordan bezmiş, iqtisadi problemlərin altında əzilmiş bir xalqa silahların kölgəsində qəbul etdirilib:

“Mövcud Konstitusiya tarixi mərhələ içərisində artıq öz keçərliliyini itirib. Biz xalqımızın istədiyi kimi bir Konstitusiya istəyirik. Bu yeni Konstitusiyanın ruhunda millət, yəni insan olmalıdır.

Mərkəzində insanın könül rahatlığı, rifahı, xoşbəxtliyi yer almalıdır. 84 milyon vətəndaşımızın hamısını ehtiva etməlidir. Yeni Konstitusiya o və ya bu gücün deyil, birbaşa millətin konstitusiyası olmalıdır”.

Dövlət başçısı vurğulayıb ki, bununla bağlı müxtəlif təşəbbüsləri olub:

“Siyasi mühit kifayət qədər uyğun olmadığı üçün çalışmalarımız yarımçıq qalıb. Bu gün yeni bir Konstitusiya üçün Türkiyənin hazır olduğuna inanırıq. Prezident Administrasiyasında, AKP-də elmi camiədə davam edən işlərimiz var.

Digər partiyaların da bənzər hazırlıqlarının olduğunu bilirik. Bunlar öncə prinsiplər, sonra konkret mətnlər şəklində yektinləşdikdən sonra bir araya gətiriləcək və millətimizin önündə müzakirəyə çıxarılacaq. Açıq və şəffaf bir prosesin məhsulu olaraq hazırlanacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90