“Bizim başımıza nə gəlibsə, savadsızlığımızdan gəlib…”
Tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə hər il olduğu kimi, bu ildə xalqı təbrik edib.
R.Mahmudov xalqa uğur arzulayıb:
“Xalqıma əmin-amanlıq, firavan gün arzulayıram. Arzu edirəm ki, 2020-ci ildə ən böyük problemimiz olan Dağlıq Qarabağ məsələsi həll olunsun. Millət özü də öz üzərində işləməlidir, savadlı olmalıdır. Çünki bizim bu günə kimi başımıza nə gəlibsə, savadsızlığımızdan gəlib. Çörçilldən soruşurlar ki, xalqına nə arzu edirsən? O, cavabında deyir ki, xalqıma uğur arzu edirəm. Uğurlu adamlar həmişə həyatda qalib gəlirlər. “Titanik” gəmisi batanda orda olan uğurlu adamlar özlərini xilas etdilər, amma uğursuzlar suda boğulub öldülər. Ölkəmizdə hazırda islahatlar gedir, ümid edirəm ki, məmurlar bundan sonra özbaşınalıq edə bilməyəcəklər. Millət də bir olmalı və məmur özbaşınalığına öz etirazını bildirməlidir. Təkcə 31 dekabrda yox, ilin bütün günü xalqımıza həmrəy olmağı arzu edirəm”.
Loading...