Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 920 $▼0.47%
  • Ethereum2 380 $▼0.75%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

"BMT-nin “Şimal axını” ilə bağlı qətnaməyə dəstək verməməsi təəssüfedici haldır" - Çinli ekspert

image-chinese-and-russian-flag-standing-on-the-table-with-defocused-background
Chinese and Russian flag standing on the table with defocused background

Boao Forumu Asiya Araşdırmalar İnstitutunun keçmiş icraçı direktoru və sertifikatlı beynəlxalq biznes layihəsinin keçmiş icraçı direktoru Yao Vanq BMT Təhlükəsizlik Şurasında “Şimal axını” qaz kəmərlərinə hücumun araşdırılması ilə bağlı Rusiya-Çin birgə qətnaməsinə geniş dəstəyin olmamasından təəssüfləndiyini deyib.

Busaat.az xəbər verir ki, bu barədə ekspert çərşənbə axşamı TASS-a bildirib.

Ekspert deyib: “Qətnamənin qəbul olunmaması təəssüf doğurur. Açığı, “Şimal axını” boru kəmərlərində baş verənlər çox ciddi insidentdir. Əslində bunlar bəşəriyyətin dinc inkişafının ümumi tendensiyalarına zidd olan terror fəaliyyətləri idi”.

“Bu böyük cinayət qanun çərçivəsində cəzalandırılmalıdır. Bu, cəmiyyətin və bizi əhatə edən dünyanın sülh və sabitlik şəraitində inkişaf edə biləcəyinə zəmanət vermənin yeganə yoludur”, – ekspert qeyd edib.

“Xeyli ziyan dəyib, ona görə də mən hesab edirəm ki, dağıntılara səbəb olanlar barəsində araşdırma aparılmalıdır. Heç bir halda məsələyə bu cür xitam verilməməlidir”, – o yekunlaşdırıb.

Qeyd edək ki, bazar ertəsi BMT Təhlükəsizlik Şurası “Şimal axını” qaz kəmərlərinə qarşı təxribat aktı ilə bağlı beynəlxalq araşdırmaya çağıran Rusiya-Çin birgə qətnaməsini qəbul etməyib. Üç ölkə sənədi dəstəkləyib, 12 ölkə səsvermədə bitərəf qalıb. Nəticədə qətnamə təsdiq olunmaq üçün kifayət qədər səs toplaya bilməyib.

2001-ci ildə yaradılmış Boao forumu Asiya-Sakit okean regionunun 30-a yaxın ölkəsini birləşdirir. Bu, mühüm sazişlərin imzalanması və Asiya ölkələrinin və dünyanın digər yerlərinin biznes və hökumət dairələrinin mövqelərinin əlaqələndirilməsi üçün mühüm platformadır. Pekin bu tədbirə “yumşaq güc” diplomatiyasının effektiv aləti kimi baxır.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul