BMT Türkiyəyə 1 milyard dollarlıq humanitar yardım üçün çağırış edib

image-bmtbackend

BMT-nin baş katibi Antonio Quterreş Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşlara humanitar yardım göstərilməsinə çağırıb.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, maliyyələşdirmənin üç aylıq bir müddətə yayılacağını və hökumətin həyata keçirdiyi işlərə yardım təşkilatlarının töhfəsini sürətləndirməyi hədəflədiyini bildirən Quterreş, qida, təhlükəsizlik, təhsil, su və sığınacaq kimi sahələrdə 5,2 milyon insana yardım ediləcəyini bildirib.

Quterreş deyib: “Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkədir və illərdir suriyalı qonşularına çox səxavətlidir”.

Quterreş dünyada köməyə ehtiyacı olanlarla həmrəylik nümayiş etdirən türk xalqına dəstək verməyin vaxtının gəldiyini qeyd edərək, “Bu gün BMT türk xalqına 1 milyard dollarlıq humanitar yardım çağırışı edir”, – deyə qeyd edib.

İtiriləcək vaxtın olmadığını və ehtiyacların böyük olduğunu qeyd edən Quterreş əlavə edib: “Beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətinə qarşı bu təşəbbüsü tam dəstəkləməyə çağırıram”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki