Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə oktaybrın 6-da “ Mediada Beynəlxalq Jurnalistika” mövzusunda təlim keçirilib. Təlimdə jurnalistikaya marağı olan, bu sahədə ilk addımlarını atan gənclər, media nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə açan Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin sədri Gülnarə Nemətova, müasir informasiya əsrində “ Mediada Beynəlxalq Jurnalistika” mövzusunun əhəmiyyətindən və aktuallığından danışıb. Daha sonra söz Azərbaycan radiosunun Xüsusi Layihələr Redaksiyasının baş redaktoru Dilşad Mirzəyevaya (Tahirqızı) verilib. Dilşad xanım Azərbaycanda beynəlxalq jurnalistikanın problemlərindən danışıb, iştirakçılara jurnalistikanın peşə sirlərinə yiyələnmək yollarını açıqlayıb, yeni yaradıcılıq texnologiyalarından, onun əlverişli forma və metodlardan istifadə edilməsi imkanlarından bəhs edib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC nəzdində fəaliyyət göstərən Beynəlxalq Radionun fəaliyyətindən , aparıcısı olduğu “Durna teli” proqramından danışıb. Məlumat üçün qeyd edək ki, Beynəlxalq Radio ilə “Türkiyənin səsi” radiosu “Durna teli” adlı proqramla birgə yayım həyata keçirir. Təlim maraqlı müzakirəklərlə ilə yadda qalıb. Sonda təlim iştirakçılarına sertifikat təqdim edilib.
“Jurnalistlərin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi “Mediada Beynəlxalq Jurnalistika” mövzusunda təlim keçirib

Bu bölməyə aid digər xəbərlər
“Dövlət qulluqçularının reyestrinin aparılması Qaydası” təsdiq edilib. Busaat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi əvəzi general-mayor Faiq Məmmədov vəzifəsindən azad olunub. Busaat.az bakupost.az-a istinadla xəbər verir ki…
Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11-ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb. Busaat.
Çində yerləşən “Synyi AI” və “Almoosa Health Group” Səudiyyə Ərəbistanında süni intellektdən (AI) istifadə edərək klinikada xəstələrə diaqnoz qoymaq və…
Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7.6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq…
Agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin…