Xəzər dənizi ilə bağlı HƏYACAN TƏBİLİ – bu addımlar atılmasa…

image-img_1524backend

Son illər Xəzər dənizinin suyunun geri çəkilməsi cənub rayonlarında da müşahidə olunur. Bu daha çox dənizin Astara rayonu sahillərində özünü göstərir. Dənizin suyu həmçinin Sumqayıt sahillərində də onlarla metr geri çəkilib.Dənizin səviyyəsinin enməsi səbəbindən isə sahil boyu ərazidə bərk məişət tullantıları üzə çıxır. Ümumiyyətlə Xəzərin suyunun geri çəkilməsinə səbəb nədir? Bu prosesin ekoloji riskləri nədən ibarətdir? Çıxış yolu kimi hansı addımlar atılmalıdır?

“Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli Referans-a açıqlamasında bildirib ki, Xəzər dənizində suyun çəkilməsinin qarşısını Azərbaycan təkbaşına heç cür ala bilməz. Eyni zamand bu problemi Xəzəryanı ölkələr də birləşsə həll edə bilməz. Bu məsələ ekoloji cəhətdən çox böyük bir problemldir. Yaranmış problemin əsas səbəbi iqlim dəyişikliyi və quraqlıqlarla bağlıdır. Suvarmaya ciddi ehtiyac olduğu üçün dənizdən istifadə edilir. Xəzər dənizinə bol su axını gələn çaylardan biri Volqa çayıdır. Həmçinin Rusiya ərazisində Ural, Terek və Samur çayları suvarmaya cəlb olunurlar. Digər tərəfdən isə Türkiyə üçün su tələbatı üçün Kür sayından istifadə mövcuddur. Kür çayında bəndlər inşa edilir. Paralel olaraq Araz çayı üzərində su anbarları qurulur. Beləlikdə bu kimi səbəblər çoxdur.

Qorxmaz İbrahimli əsasən onu diqqətə çatdırıb ki, dənizin suyunun azalması məsələsində birinci amil iqlimlə əlaqəlidir. Hava tempraturu yüksəldikcə buxarlanma da artır nəticədə də belə mənzərələr yaranır. Xəzər dənizi xüsusilə Sovetlər dönəmində Rusiyanın idarəçiliyi ilə çox varvarcasına istifadə edilib. Həddən artıq çirkləndirilib. Xəzər dənizi Qafqaz dağlarının yüksəlməsi nəticəsində Qara dənizdən tamamilə ayrılıb və dənizlərlə əlaqəsi kəsilib. Bu fakt da haqqında danışdığımız problemin yaranmasında öz təsirini göstərir.

“Ümumilikdə Xəzər dənizindəki bu ciddi fəsadlara yol aça biləcək problemin müxtəlif səbəbləri olsa da burada əsas amil iqlim və insan faktorudur. İnsanların təbiətə mədəni davranışı da əsas şərtlərdən biridir. Suya qarşı israfçılıq və kobudcasına suyun çirkləndirilməsi faktları gələcəkdə çox böyük faciələrə yol aça bilər”, – deyə ekoloq əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki