Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 667 $▼3.75%
  • Ethereum1 832 $▼4.96%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Aİ Şurası Rusiyaya yeni sanksiyalar tətbiq edib

image-acb94bfe-78d1-3ec4-96d6-0f47494232d0_850jpg-1728383685
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avropa İttifaqı (Aİ) Şurası təşkilat və onun üzv dövlətlərinə qarşı sabitliyi pozan fəaliyyətinə görə Rusiyaya qarşı yeni sanksiyalar rejimini təsdiqləyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şuranın kommünikesində bildirilib.

“Yeni sanksiyalar təşkilata Aİ-nin və onun üzv dövlətlərinin, onların təhlükəsizliyini, müstəqilliyini, eləcə də beynəlxalq təşkilatların və üçüncü ölkələrin əsas dəyərlərini sarsıdan fəaliyyətlərdə iştirak edən şəxs və təşkilatları təqib etməyə imkan verəcək”, – sənəddə qeyd olunub.

Bundan əlavə, sənəddə müxtəlif hibrid təhdidlər sadalanır ki, bunlara xüsusilə seçki proseslərinin və demokratik institutların fəaliyyətinin pozulması, əlaqələndirilmiş dezinformasiyadan istifadə, zərərli kiber fəaliyyət və digər sabitliyi pozan addımlar aid edilir.

“Bu yeni hüquqi çərçivəyə əsasən, müvafiq şəxslərin aktivləri dondurulacaq. Aİ vətəndaşları və şirkətlərinin onlara vəsait verməsi qadağan ediləcək”, – kommünikedə vurğulanıb.

Məlumata görə, fiziki şəxslərin Aİ ərazisindən tranzit də daxil olmaqla səyahətləri qadağan ediləcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=149773