“Bizim cəmiyyətdə “boşanmış qadınla evlənmirəm” prinsipi var”.
Busaat.az xəbər verir ki, bu sözləri müğənni Elnar Xəlilov “Nigar xanım” verilişində deyib.
İfaçı övladlarına aliment verdiyini də etiraf edib:
“Mən çox üzülürəm ki, bu gün Azərbaycan xanımı məhkəmə dəhlizlərində aliment davası edir. Amma Avropada xanımlar fikirlər irəli sürürlər, böyük debatlara gedirlər. Baxın, mən də iki övladıma aliment verirəm. Əslində alimentə ehtiyac belə yoxdur. Mənim övladlarım rəsmi nikahda olmadığım zamanda dünyaya gəliblər. Amma buna rəğmən biz mütəmadi olaraq bir-birimizlə danışırıq”.
O, ikinci evliliyindən də söz salıb:
“İkinci evlilikdə isə aliment verməmək kimi bir şansın yoxdur. Bu evliliyim rəsmidir. Bizdə hər şey üçün ayrı bir məhkəmə olur. Uşağı görmək üçün ayrı məhkəmə, aliment üçün ayrı məhkəmə, ev bölünməsi üçün ayrı… Boşananda da aramızda hörmət qalmır. Normal şəkildə danışıb uşağımızla görüşə bilmərik? Məsələ budur”.
Qeyd edək ki, Elnar Xəlilovun qeyri-rəsmi nikahda olduğu ilk evliliyindən 11 yaşlı oğlu var. 2022-ci ildə boşandığı şair Aysel Vaqifqızından da bir oğlu olan Elnar hazırda subaydır.