Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 749 $▼0.03%
  • Ethereum2 361 $▲0.23%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
Dünya

Böyük Britaniya və Türkiyə bu məsələlərdə razılaşdı - AÇIQLAMA

image-kalin1

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Böyük Britaniyanın Milli Təhlükəsizlik müşaviri Tim Barrou ilə telefon danışığı aparıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumat Türkiyə Prezident Aparatından verilib.

Məlumata görə, görüşdə ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukrayna müharibəsi, Suriya və terrorla mübarizədə son hadisələr müzakirə olunub.

Bildirilib ki, Ukrayna müharibəsinin uzanması humanitar böhranları dərinləşdirib, qlobal səviyyədə enerji, ərzaq və iqtisadi kövrəkliyi artırıb. Müharibəni bitirmək və danışıqlar masasına qayıtmaq üçün Türkiyənin diplomatik təşəbbüslərinin dəstəklənməsinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Taxıl müqaviləsinin müddətinin uzadılmasından məmnunluq ifadə edilərək, taxıl daşınmasının daha səmərəli davam etdirilməli olduğu bildirilib.

Kalın İstanbulda törədilən terror aktından sonra Suriyada həyata keçirilən əməliyyatların Türkiyənin milli təhlükəsizliyinə təhdid yaradan PKK/PYD/YPG terror təşkilatlarına qarşı yönəldiyi də bildirib. Bu kontekstdə Türkiyənin Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququ olduğu vurğulayıb.

İki ölkə arasında müdafiə sənayesi, o cümlədən milli döyüş təyyarəsi TFX layihəsi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi razılaşdırılıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul