Böyükşor-Pirşağı yolunda piyada keçidi ilə əlaqədar hərəkət müvəqqəti məhdudlaşdırılacaq

image-yolbackend

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 7,6-cı km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Busaat.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət sabah saat 07:00-dan başlayaraq bir neçə saat qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki