Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft104.11 $▲0.57%
  • WTI neft96.39 $▲0.62%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.900 $▲1.01%
  • Qızıl4 031 $▲1.63%
  • Gümüş51.63 $▲3.34%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda596.25 ¢▲0.51%
  • Bitcoin77 880 $▲0.71%
  • Ethereum2 295 $▲1.02%
  • S&P 5007 569▲0.35%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Braziliyada yüksək vəzifəli məmurlara sui-qəsd planlaşdıran cinayətkar təşkilat zərərsizləşdirilib

image-brezilya-suikast-aa-2016758
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Braziliyada yüksək rütbəli siyasətçilərə və məmurlara sui-qəsd təşkil etməyi planlaşdıran cinayətkar təşkilatın zərərsizləşdirildiyi bildirilib.

Busaat.az xəbər verir ki, Braziliya mətbuatında çıxan xəbərə görə, federal polis ölkənin 5 əyalətində eyni vaxtda böyük bir dəstəyə qarşı əməliyyat keçirib.

Ədliyyə naziri Flavio Dino “Twitter” hesabından verdiyi açıqlamada təşkilatın ev və binalarına 120 polisin basqın etdiyini qeyd edib: “Bir neçə dövlət məmurunun (o cümlədən senator və prokuror) sui-qəsd planları ələ keçirilib, bu planlar araşdırılıb. Lazımi tədbirlər görülüb”.

Sui-qəsdin hədəfləri arasında Braziliya prezidenti Luiz İnasio Lula da Silva və keçmiş ədliyyə naziri Serxio Moronun olduğu, əməliyyatın San Paulo və Parana əyalətlərində, həmçinin Rondoniyada həyata keçirilməsinin planlaşdırıldığı məlumatları paylaşılıb.

Əməliyyatın Braziliya və Cənubi Amerikada “PCC” adlı ən böyük narkotik ticarəti qrupuna qarşı aparıldığı və qrupun Paraqvay prokuroru Marselo Peççinin qətlində rolunun olduğu bildirilib.

Qeyd olunub ki, PCC-yə bağlı silahlı şəxslər keçmiş ədliyyə naziri Moronun evinin yaxınlığındakı fermanı icarəyə götürüb və uzun müddət kəşfiyyat işləri aparıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=104541