İyulun 4-də Böyük Britaniyada keçirilən parlament seçkilərinin nəticələri açıqlanıb.
Busaat.az BBC-ə istinadən xəbər verir ki, qalib tərəf Leyboristlər partiyası olub.
Nəticələr tam açıqlanmasa da, məlumata görə parlamentdəki 650 yerin 392-si artıq Leyboristlərə məxsusdur.
Qeyd edək ki, Mühafizəkarlar partiyası 101, Liberal Demokratlar isə 60 nəfərlik yer qazanıb.
Həmçinin, bütün nəticələrin bu gün ərzində açıqlanacağı bildirilib.