
BŞİH Milli Şuraya cavab verdi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın sentyabrın 30-da Milli Məclisin inzibati binasının qarşısında aksiya keçirilməsinə icazə verilməsi üçün müraciətinə cavab verib.
Busaat.az xəbər verir ki, BŞİH həmin ərazidə aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməyib.























