Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 223 $▼4.40%
  • Ethereum1 832 $▼4.93%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bu dəfə “28 Mall”da peyvənd izdihamı - Video

image-28may
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakının “28 Mall” Ticarət Mərkəzində təşkil olunmuş vaksinasiya prosesi zamanı karantin qaydalarının pozulması, vətəndaşlar arasında yaşanan izdihamla bağlı görüntülər yayılıb. 

Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın olur ki, onlarla vətəndaş vaksin məntəqəsinin qarşısına toplaşıb. Aralarında heç bir sosial məsafə gözlənilmir, vaksin növbəsi tənzimlənmir.

Yaranmış problemlə bağlı paytaxtda səyyar vaksinasiyaları təşkil edən TƏBİB-lə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış  bildirdi ki, səyyar vaksinasiyanın təşkil olunduğu məkanlarda TƏBİB  yalnız tibbi xidmətin göstərilməsi ilə məşğuldur:

“Vaksinasiya üçün gələn vətəndaşların peyvəndlənmə prosesində növbəlilik sisteminə əməl etməsinə nəzarət təəssüf ki, orada xidmət göstərən tibbi personalın imkanları xaricindədir. Ümumiyyətlə isə, səyyar vaksinasiya zamanı bu prosesə adətən peyvəndlənmənin təşkil olunduğu müəssisə və qurumlar tərəfindən nəzarət olunur”.

Xatırladaq ki, bundan əvvəl də eyni ünvanda səyyar vaksinasiya zamanı sıxlıqla bağlı görüntülər yayılmışdı. Həmçinin, indiyə qədər dəfələrlə poliklinikalardakı peyvənd izdihamları haqda məlumatlar yayımlanıb. Yoluxma sayının çox olduğu vaxtda bu növbələrin xüsusən təhlükəli olduğu bildirilir. Rəsmi qurumlar isə açıqlamalarında növbələrə səbəbi əsasən, vətəndaşların növbə götürmədən poliklinikaya gəlməklərində, vaksin olunmağı son günə saxlamaqlarında görürlər.

“Qafqazinfo”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=57066