Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
13°Bakı
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
  • USD1.7000
  • EUR1.8548
  • 100 RUB2.0745
  • GBP2.2166
  • TRY0.0336
  • AED0.4628
  • CNY0.2552
  • GEL0.6555
  • 100 KZT0.3731
  • UAH0.0376
  • 100 JPY1.0694
  • CHF2.0206
Manşet

Bu ərazinin alınmasında qrupda olan hərbçilərin hamısı şəhid olub - Əməliyyatın ŞOK DETALLARI - FOTO

Bu ərazinin alınmasında qrupda olan hərbçilərin hamısı şəhid olub - Əməliyyatın ŞOK DETALLARI - FOTO
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Vətən Müharibəsinin qəhramanlarndan biri də Cəlil Cavadovdur. O, Lerik rayonunun Xəlifəküçə kəndində anadan olub. Onun qardaşlarından biri də hərbçidir. Cəlil də zabit olub. Busaat.az xəbər verir ki, qardaşının dediklərinə əsasən tabordan seçilmiş xüsusi qruplar olurdu. Bir qrupa da taborun idarə heyətinin zabiti kimi Cəlili qrup rəhbəri etmişdilər. O, taboru ilə birlikdə Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub. Cəlil ilə tez tez danışırdıq. Onunla danışdığımız zaman tez tez deyirdi ki, "paytaxt"a az qalıb. Şuşaya paytaxt deyirdi. Ən böyük arzusu döyüşərək paytaxta girmək idi. Şuşaya özü girə bilməsə də, döyüş yoldaşları ora daxil oldular. Cəlilin də qisası alındı, bütün Vətən uğrunda şəhid olanların da. Cəlil oktyabrın 27-də Xocavənd rayonunun Cütçü kəndi yaxınlığında yerləşən yüksəkliyin alınması zamanı qəhrəmancasına şəhid olub. Döyüş yoldaşlarının dediyinə əsasən onlar hücuma keçən zaman ön, sağ və sol cinahlardan pusquya düşüblər. Və həmin an Cəlil və döyüş yoldaşları bir addım belə geri çəkilməyib, qəhrəmancasına sona qədər döyüşüblər. Həmin vaxt oradan bir nəfər yaralı sağ çıxıb. Cəlil və yoldaşları son nəfəsinədək döyüşüb. Yaralı olduğu halda əlindəki silah sursatı və digər döyüş vasitələri ilə düşmənə sarsıdıcı zərbələr vurub. (publika.az)
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=13456