Müdafiə Nazirliyi işğalçı Ermənistan ordusuna ciddi zərbələr endirən Azərbaycan Ordusunun əsgərlərinin şücaəti ilə bağlı məlumat yayıb.
Busaat.az xəbər verir ki, məlumatda deyilir:
“Şəkildə gördüyünüz əsgər Hünər Məmmədovdur.
O, silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevin köməyilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni,1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv edib.
Düşmənə layiqli cavablar verən igid döyüşçülərimizə eşq olsun!”