Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft94.44 $▼8.77%
  • WTI neft88.13 $▼8.01%
  • Avropa qazı (TTF)85.07 €▼7.61%
  • Təbii qaz (ABŞ)2.949 $▲2.72%
  • Qızıl4 075 $▲2.74%
  • Gümüş52.34 $▲4.76%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda604.75 ¢▲1.94%
  • Bitcoin80 317 $▲3.86%
  • Ethereum2 425 $▲6.75%
  • S&P 5007 705▲1.81%
19°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Dünya

Bu gün növbəti Rusiya-Ukrayna danışıqları olacaq

image-ukrus
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Belarusda Rusiya-Ukrayna danışıqlarının yeni raundu keçiriləcək.

Busaat.az  TASS-a istinadən xəbər verir ki, nümayəndə heyətləri sayca üçüncü mərhələdə Belovejskaya Puşçada görüşəcəklər.

Danışıqların günortadan sonra, Moskva vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 16:00) baş tutması gözlənilir.

Ukrayna və Rusiya bu dəfə də bağlı qapılar arxasında əlaqə saxlamağa razılaşıblar.

Xatırladaq ki, tərəflər arasında birinci danışıq fevralın 28-i Belarusun Qomel şəhərində, ikincisi isə martın 3-ü Belarusun Brest vilayətində keçirilib.

Ukraynanı görüşdə “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak, üçtərəfli əlaqə qrupunda Ukrayna nümayəndə heyəti rəhbərinin birinci müavini Andrey Kostin, deputat Rustem Umerov və xarici işlər nazirinin müavini Nikolay Toçitski təmsil edib.

Rusiya nümayəndə heyətinin tərkibinə isə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov daxil olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72822