Məzmuna keç
  • Azeri Light106.81 $▼5.85%
  • Brent neft99.85 $▲6.69%
  • WTI neft91.58 $▲5.68%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)3.003 $▲2.42%
  • Qızıl4 073 $▼1.85%
  • Gümüş51.94 $▼2.18%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda597.25 ¢▼0.42%
  • Bitcoin76 079 $▲0.26%
  • Ethereum2 239 $▲0.27%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Gündəm

Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı

image-1597128846_mekteb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bu barədə Busaat.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb fəaliyyət göstərir.

Həmçinin, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=57524