Bu ölkədən Azərbaycana 2 500 manata at gətirilir

image-1728032181_1-recovered-copy-recovered-recoveredbackend

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 1 517 baş ətlik və digər diri atlar ixrac olunub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan atların dəyəri 301 min 790 ABŞ dolları olub. İxrac olunan atların 1 444-ü Qazaxıstana, 30-u Özbəkistana, 1-i Gürcüstana, 42-si Türkiyəyə satılıb.

Qazaxıstana satılan atların bir başının orta gömrük dəyəri 198 dollar (336,6 manat), Özbəkisatana satılan atların bir başının orta gömrük dəyəri 200 dollar (340 manat), Gürcüstana satılan atın orta gömrük dəyəri 1 500 dollar (2 550 manat), Türkiyəyə satılan atların bir başının orta gömrük dəyəri 202 dollar (343,4 manat) olub.

Qeyd edək ki, bu dövrdə Azərbaycana xaricdən 7 baş at gətirilib. Bu atların alışına 12 min 940 min dollar vəsait xərclənib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki