Bu şəxslərə qaz, işıq, su pulsuz veriləcək? – AÇIQLAMA

Bu şəxslərə qaz, işıq, su pulsuz veriləcək? – AÇIQLAMAbackend

44 günlük davam müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Bu gün təklif olunan məsələlərdən biri də şəhid və qazi ailələrinin kommunl xidmətdən pulsuz yararlanmasıdır. Müharibədən sonra kommunl xidmətlər şəhid və qazi ailələri üçün pulsuz ola bilərmi?

Busaat.az xəbər verir ki, bununla bağlı  danışan deputat Ceyhun Məmmədov bildirib ki, Azərbaycan dövləti şəhid ailələrinə böyük diqqət və qayğı göstərib:

“Onların sosial problemləri ilə bağlı ardıcıl addımlar atılmaqdadır. Evlə təminatları istiqamətində işlər görülür, sosial durumları daha da yaxşılaşdırılır.

Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı dövlətin adıcıl layihələri olub. Bu sahəyə dövlətimiz xüsusi qayğı göstərib. Bildiyiniz kimi, bu yaxınlarda Nazirlər Kabineti İkinci Qarabağ Müharibəsi dövründə Gəncəyə və digər şəhərlərə hücum zamanı öldürülən vətəndaşlara şəhid statusu verilməsi ilə bağlı qərar verdi”.

Deputat vurğulayıb ki, hazırda dövlət qurumları ardıcıl və məqsədyönünlü addımları davam etdirir:

“Yəni, hansı güzəşətlər edilə bilər və bununla bağlı yaxın günlərdə addımların atılması nəzərdə tutulur. Kommunal xərclərin pulsuz olması məsələsi də təklif kimi irəli sürülə bilər.

Hamı əmin olsun ki, İkinci Qarabağ Müharibəsi dövründə də şəhid olan ailələrin sosial təminatının yaxşılaşdırılması və güzəştlərin tədbirlərin görülməsi istiqamətində ardıcıl tədbirlər davam edəcək. Komunal xərclərlə bağlı məsələ təklif kimi nəzərdən keçirilə bilər”. //Sonxeber.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki