Bu şəxslərə şad xəbər: Qadağa aradan götürüldü – VİDEO

image-imzabackend

Sabahdan həvəskar balıqçılar üçün qoyulan müvəqqəti qadağa bitir.

Busaat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) qərarı ilə balıq ovu may ayından başlayaraq qadağan olunub.

Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır.

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov bildirib ki, həvəskar balıqçılar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var. Belə ki, həvəskar balıqçılar ov üçün düzgün ərazi seçməlidirlər.

S.Süleymanov qeyd edib ki, Xəzər dənizində adı qırmızı kitaba düşmüş bəzi balıqlar da var ki, onları ovlamaq qadağandır.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki