Bu tezis təkzib edildi: “Qadınlar əzələli kişiləri sevirlər, lakin onların daha bir şərti var…”

image-ona-sevgi-gosterinbackend

Yeni bir araşdırma, qadınların çox əzələli olmayan, lakin kiçik qarnı olan kişi tipini bəyəndikləri tezisini təkzib edib.

Busaat.az xəbər verir ki, Kanadanın Britaniya Kolumbiyası Universitetinin mütəxəssislərinin apardığı araşdırmalara görə, qadınlar sinə və biceps əzələlərini inkişaf etdirmiş kişiləri yalnız hündür olduqda cəlbedici hesab edirlər.

“Archives of Sexual Behavior”da dərc olunan araşdırmada mütəxəssislərin fikrincə, daha yüksək “çiyin-ayaq nisbəti (SHR)” və ya bel çevrəsindən daha geniş çiyin ətrafı qadınlar üçün cəlbediciliyin göstəricisi kimi qəbul edilir.

Daily Mail bildirir ki, araşdırmada qadınlara müxtəlif boyda və çiyin-ayaq nisbətində kişilərin şəkilləri göstərilib və onların cəlbediciliyini qiymətləndirmələri istənilib.

ABŞ-da yaşları 18-83 arasında olan 659 heteroseksual qadın üzərində aparılan araşdırmanın nəticələri, boyun qadınlar üçün kişi seçərkən və qadını cəlb etməyə çalışan kişi üçün vacib amil olduğuna dair geniş yayılmış fikri qüvvətləndirib.

“Nəticələrimiz göstərdi ki, qadınların kişi cəlbediciliyi, kişiliyi və döyüş qabiliyyətinə dair qavrayışları boy və SHR-dən təsirlənir və qarşılıqlı təsir göstərir”, – tədqiqat rəhbəri Fərid Pazhoohi PsyPost-a bildirib.

“Ümumiyyətlə, qadınlar daha geniş çiyinli, uzun boylu kişilərə üstünlük verirlər, xüsusən də bu ikisi bir yerdə vazgeçilməz üstünlüyə çevrilir”, – deyə qeyd edilib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki