Bu yaşdan aşağı şəxslə cinsi əlaqə təcavüz sayılacaq: 20 il həbs… – Qanun TƏSDİQLƏNDİ

image-1618562861_hphbackend

Fransada 15 yaşından kiçik şəxslə cinsi əlaqə təcavüz kimi qəbul ediləcək.

Busaat.az xəbər verir ki, Fransa parlamenti hər iki tərəfin də razılığı ilə belə olsa, 15 yaşından kiçik şəxslərlə cinsi əlaqəni təcavüz kimi tanıyan qanunu təsdiqləyib.

Ölkədə 15 yaşına çatmamış biri ilə cinsi əlaqədə olan yetkin şəxs təcavüz ittihamı ilə mühakimə olunacaq və 20 il həbs cəzasına məhkum ediləcək.
Qanuna əsasən hər iki şəxsin yaşı 18-dən az və aralarındakı yaş fərqi 5-dən azdırsa, bu münasibət təcavüz kimi qiymətləndirilməyəcək.

Qanun təxminən bir ay əvvəl parlamentdən keçmişdi və son təsdiqini gözləyirdi.

Qeyd edək ki, əvvəllər 13 olaraq təyin edilən münasibət yaşı Avropadakı digər dövlətlərə nisbətdə çox aşağı olduğundan Emmanuel Makron rəhbərliyi tərəfindən 15 olaraq təyin edilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90