“Elədir ki, var. Bu, mənim dəfələrlə vurğuladığım mövqedir”.
Busaat.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 6-da “BBC News”a müsahibəsində jurnalistin “Ermənistan rəhbərliyi Dağlıq Qarabağdan kənardakı əraziləri boşaltmağa razılaşsa, Siz dayanarsınız və döyüşməzsiniz?” sualına cavab olaraq deyib.
Dövlət başçısı bildirib ki, eyni zamanda, bu, danışıqlar masasında olan bütün məsələlər deyil:
“Əlbəttə ki, bundan sonra biz azərbaycanlı məcburi köçkünlərin Dağlıq Qarabağa qayıtmaları üzərində işləyəcəyik. Çünki müharibədən əvvəl, 1990-cı illərdə Dağlıq Qarabağda 40 min azərbaycanlı yaşayırdı və bu da oradakı əhalinin 25 faizi idi. Ermənilər onların hamısını qovdular, etnik təmizləmə törətdilər və sonra “müstəqillik” elan etdilər”.