Çavuşoğlu Misirin xarici işlər naziri ilə görüşüb

image-misir-disisleri-bakani-samih-sukribackend

Misirin xarici işlər naziri Samih Şükri Türkiyəyə səfər edib və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Busaat.az xəbər verir ki, Türkiyədə səfərdə olan Misirin xarici işlər naziri Samih Şukrini Adana hava limanında xarici işlər naziri Mövlud Çavuşoğlu qarşılayıb.

Hər iki nazir birgə mətbuat konfransında danışıblar.

Çavuşoğlu qeyd edib: “Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı hər iki tərəfin xeyrinədir. Görüşümüzdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə etdik. Misirlə yeni səhifə açırıq. Prezidentlərimiz arasında təmaslar olub. Ərdoğan və Sisi arasındakı danışıqlar məhsuldar keçdi. O, bu çətin günlərdə Türkiyənin və türk xalqının dostu və qardaşı olduğunu göstərdi. Sizə bir daha təşəkkür edirəm. İnanıram ki, biz bundan sonra da birlikdə çalışacağıq. Qardaşım Şükrinin bu gün Türkiyədə olması bizim üçün son dərəcə əhəmiyyətlidir. Bu, vacib və mənalıdır. Ona bu səfərə görə çox təşəkkür etmək istəyirəm”.

“Bu çətin zamanda Türkiyəyə kömək etmək üçün bütün gücümüzlə çalışırıq. Biz dost türk xalqının yanındayıq. Yardım gəmilərinin Süveyş kanalından Türkiyəyə keçməsini asanlaşdırdıq. Qardaşlarımızın prioritetləri haqqında mənə məlumat verildi. Türkiyəyə kömək və əlimizdən gəldiyi qədər onlara dəstək olmağa çalışacağıq”, – deyə Misir XİN rəhbəri fikirlərini bölüşüb.

Türkiyə ilə Misir arasındakı münasibətlərə də toxunan Şükri, “Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı bölgənin sabitliyi, rifahı və inkişafı üçün faydalı olacaq. Çavuşoğlu ilə əlaqələrin daha yüksək səviyyələrə qaldırılması ilə bağlı danışdıq. Sisi və Ərdoğan arasında Qətərdə münasibətlər müzakirə olunub. Hər iki ölkənin gözləntiləri var, burada vacib olan problemlərin həlli üçün bütün əsasları danışmaq lazımdır. Çavuşoğlu ilə danışıqları şəffaf şəkildə davam etdirəcəyik”, – deyə əlavə edib.

Qeyd edək ki, 10 ildən sonra Misirin xarici işlər naziri ilk dəfə rəsmi səviyyədə Türkiyəyə səfər edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90