Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu yenidən Bakıya gəlib.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də paylaşım edib.
“Can Azərbaycana güclü dəstəyimizi yeniləmək, Yuxarı Qarabağla başlı son prosesləri müzakirə etmək üçün yenidən Bakıda, qardaşlarımızın yanındayıq”, – deyə M.Çavuşoğlu qeyd edib.
Qeyd edək ki, bu Türkiyə xarici işlər nazirirnin Azərbaycana son bir ayda ikinci səfəridir.