Çaylarda suyun səviyyəsi artıb

image-img_5996backend

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Busaat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avtomat hidroloji stansiyaların iyunun 3-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 6 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçay və Gəncəçayda 2 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Quruçayda 11 sm artım, Kür çayının aşağı axınında Kür-Yevlaxda 6 sm, Araz çayının yuxarı axınında isə 16 sm qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki