Ceju kurort adasında 38 vyetnamlı turist  itkin düşüb

image-20241203050019_0backend

Koreyanın cənubundakı Ceju kurort adasında 38 vyetnamlı turist  itkin düşüb. 

Busaat.az xarici mətbuata istiandla xəbər verir ki, bu barədə adanın turizm təşkilatı məlumat yayıb.

Bildirilib ki, noyabrın 14-də 90-a yaxın vyetnamlı “VietJet Air” çarterində Jejuya gedib. Onlardan 38-i ilə səfərin sonunda əlaqə kəsilib və geri dönüş reysinə minməyib.

Adanın immiqrasiya xidməti onların harada olduğunu öyrənmək üçün CCTV kameralarını yoxlayıb.

Ölkənin qanununa əsasən, əcnəbilərin adada 30 günə qədər vizasız qalmasına icazə verilir. Dekabrın 14-dən sonra yoxa çıxan vyetnamlılar qeyri-qanuni miqrant olacaqlar.

 

Zeyd Bağırzadə

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki