Çelenc Kuboku: “Azərreyl” bu gün cavab oyununa çıxacaq

image-2e93c99d-982f-35ff-b076-1286ae45ef75_850backend

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda bu gün növbəti oyununu keçirəcək.

Busaat.az xəbər verir ki, Cengiz Akarçeşmənin baş məşqçisi olduğu kollektiv 1/16 final mərhələsinin cavab matçında İspaniyada “Avarka de Menorka”nın qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Noyabrın 9-da Bakıda gerçəkləşən ilk görüşdə Azərbaycan təmsilçisi 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90