Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 422 $▼0.81%
  • Ethereum2 341 $▼1.84%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
  • USD1.7003
  • EUR1.9059
  • 100 RUB2.0981
  • GBP2.2753
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2544
  • GEL0.6547
  • 100 KZT0.3774
  • UAH0.0376
  • 100 JPY1.0829
  • CHF2.0663
Gündəm

Cəlilabadda məmurlar müğənninin qətlini Türkiyə vətəndaşı ilə birgə törədib – RƏSMİ

image-1619161614_9ec4c704c0cb9a88527d9cb5f18b96a9

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərləri Cəlilabada rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Busaat.az-a daxil olan məlumatda deyilir:

18 aprel 2021-ci il tarixdə Cəlilabad rayon sakini, 1963-cü il təvəllüdlü Abdullayev Əflatun İltifat oğlunun avtomobili ilə evdən çıxaraq getməsi və bir daha geri qayıtmaması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlər”lə açılması təmin edilərək itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib.

Araşdırmalarla Cəlilabad Rayon İcra Hakimiyyətinin Təklə kəndi üzrə nümayəndəsi Mahmudov Famil Əzizağa oğlu, Seyidbazar kəndi üzrə nümayəndəsi İsmayılov Zeydulla İsmayıl oğlu və Türkiyə Respublikasının vətəndaşı Kurtoğlu Mehmet Ali İsmet oğlunun Əflatun Abdullayevi qəsdən öldürmələrinə və meyitini Sabirabad rayonu ərazisindəki su kanalının kolluq hissəsinə atmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayətin təfərrüatlarının müəyyən edilməsi istiqamətində zəruri və intensiv istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul