Cəlilabadda toyda baş verən dava ölümə səbəb oldu  

image-6841b5009c8426841b5009c843174913664077f6fbc8c0c5d14903a795ef189f13ecbackend

Cəlilabad rayonunda iki gün əvvəl toyda döyülən şəxs ölüb.

Busaat.az APA.az-a istinadən xəbər verir ki , Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən insident ölümlə nəticələnib. 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda iki qardaş tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Yusubov xəstəxanaya hospitalizasiya olunub və ona ilkin tibbi yardım göstərilib.

O, xəstəxanada qalmaqdan imtina edib.

Daha sonra səhhəti pisləşdiyi üçün bu gün yenidən xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki