“Çelsi”nin bank hesabı bloklandı

image-160958_i1zk4648v4backend

“Çelsi”nin bank hesabı müvəqqəti olaraq bloklanıb.

Busaat.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Böyük Britaniyanın ən böyük banklarından biri olan “Barclays” “zadəganlar”ın hesabını bloklayıb. Buna səbəb isə Britaniya hökümətinin “Çelsi”nin Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etməsidir.  Qadağaya digər  səbəb kimi “Çelsi”nin futbol fəaliyyətini davam etdirmək üçün verilən lisenziyaya yenidən baxılması göstərilir.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib . Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90